“Gəncə” FİBA Avropa Kubokunda tarixi qələbəyə imza atdı

Azərbaycanın “Gəncə” basketbol komandası FİBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə ilk qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi komanda turnirin qrup mərhələsinin 4-cü turunda Portuqaliyanın “Sportinq” kollektivini qəbul edib.

Gəncə İdman Sarayında keçirilən qarşılaşma təmsilçimizin 69:67 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk üç periodunda üstün olan Azərbaycan təmsilçisi son periodda rəqibin müqaviməti ilə üzləşsə də, yekunda qələbəni qorumağı bacarıb. Periodların nəticəsi müvafiq olaraq 20:18, 18:15, 16:14 və 15:20 olub.

Komandamızın heyətində Ksavye Rouds və Bakari Kamara hərəyə 18 xal toplayıblar. Kobe Meji 15, Latavius Cey Mitçel 11, Cərvis Qarreт 5, Tariel Yusifzadə isə 2 xalla yadda qalıblar.

Bu qələbə təmsilçimiz üçün Avropa Kubokunda ilk uğur kimi tarixə düşüb.

Qrupun digər komandalarının turnir cədvəlindəki xalları belədir: Türkiyənin “Esenler Erokspor” klubu 8, “Sportinq” 7, Yunanıstanın “Kolossos” komandası 6, Rumıniyanın “Universitatya” kollektivi 5, “Gəncə” 4, Bolqarıstanın “Rilski Sportist” komandası isə 3 xala malikdir.

Xatırladaq ki, Azərbaycan təmsilçisi əvvəlki oyunlarında səfərdə “Esenlər Erokspor”a 63:92, evdə isə “Kolossos”a 62:80 hesabı ilə uduzub. “Rilski Sportist”lə 3-cü tur qarşılaşması isə təxirə salınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: