“Everton” Cek Qrilişi əsas komandadan kənarlaşdırdı

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” yarımmüdafiəçisi Cek Qrilişə qarşı intizam tədbirləri görüb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb və yaxın oyunlar üçün heyətə daxil edilməyib.

Hadisə İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl Yunayted”lə oyun ərəfəsində baş verib. Qriliş gözlənilmədən Mersisayd təmsilçisinin kubok matçı üçün ilkin iştirak ərizəsinə belə daxil edilməyib.

Mənbənin məlumatına görə, baş məşqçi və klub rəhbərliyinin bu qərarına futbolçunun daxili intizam qaydalarını ciddi şəkildə pozması səbəb olub. İnsidentin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Qriliş İngiltərə futbolunun tanınmış oyunçularından biridir. O, daha əvvəl “Mançester Siti”nin heyətində çıxış edib. “Everton” təcrübəli futbolçunu ardıcıl ikinci mövsümdür icarə əsasında heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: