Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsi “Marafon” komandası üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, sözügedən komanda ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib.
Sabirabad klubu buna nail olan ilk İkinci Liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca Birinci Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
2023/2024-cü illər mövsümündən indiki formatda keçirilən turnirdə İKinci Liqa komandalarının iştirak etdiyi 1-ci təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıblar. Bu müddətdə 2-ci təsnifat mərhələsində İkinci Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.
Qeyd edək ki, “Marafon” dekabrın 1-2-də keçiriləcək 1/8 finalda “Araz-Naxçıvan”ın qonağı olacaq.


