Premyer Liqa: MS evdə, MY səfərdə uduzdu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Hall Siti” – “İpsviç Taun” görüşündə qalib müəyyənləşməyib. “Aston Villa” – “Fulhem” matçında da tərəflər hərəyə 1 xalla kifayətləniblər.

“Çelsi” doğma meydanda “Mançester Yunayted”i, “Tottenhem” “Kristal Pelas”ı, “Brentford” “Nottingem Forest”i, “Bornmut” isə “Lids”i 2 cavabsız qolla məğlub edib. “Koventri Siti” də “Sanderlend”i məğlub yola salıb.

Cari mövsümə möhtəşəm başlamış “Mançester Siti” isə bu turda “Brayton”la ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib. Bu, “şəhərlilər”in ardıcıl ikinci məğlubiyyətidir.

Turun qalan görüşləri noyabrın 1-də və 2-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
9-cu tur

31 oktyabr

Çelsi – Mançester Yunayted 2:0
Mançester Siti – Brayton 0:1
Hall Siti – İpsviç Taun 2:2
Koventri Siti – Sanderlend 3:1
Brentford – Nottingem Forest 2:0
Bornmut – Lids 2:0
Tottenhem – Kristal Pelas 2:0
Aston Villa – Fulhem 1:1

1 noyabr

20:30. Liverpul – Arsenal

2 noyabr

00:00. Nyukasl – Everton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: