Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Betis” – “Malaqa” matçında meydan sahibləri qalib gəliblər. Madrid “Atletiko”su səfərdə “Levante”yə, “Rayo Valyekano” evdə “Selta”ya qalib gəlib. Son çempion “Barselona” isə “Alaves”lə ev oyununda darmadağına sevinib.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri noyabrın 1-də və 2-də keçiriləcək.
İspaniya, La Liqa
11-ci tur
30 oktyabr
Vilyarreal – Espanyol 0:1
31 oktyabr
Levante – Atletiko 0:2
Rayo Valyekano – Selta 3:0
Betis – Malaqa 2:1
Barselona – Alaves 6:1
1 noyabr
17:00. Xetafe – Sevilya
19:15. Rasinq – Real
21:30. Elçe – Valensiya
00:00. Atletik – Real Sosyedad
2 noyabr
00:00. Deportivo – Osasuna


