Liqa 1: “Trua” cari mövsümdə 2-ci qələbəsini qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Trua” doğma meydanda “Le Man”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 2 cavabsız qolla qalib gəliblər.

Cari mövsümdə ikinci qələbəsini qazanmış “Trua” hazırda 8 xalla 15-ci, “Le Man” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 9-cu turun qalan görüşləri noyabrın 1-də və 2-də keçiriləcək.

Fransa, Liqa 1
9-cu tur

30 oktyabr

Havr – PSJ 1:5
Nitsa – Renn 5:2
Lill – Lans 1:0

31 oktyabr

Trua – Le Man 2:0

1 noyabr

18:00. Strasburq – Oser
20:15. Olimpik (Lion) – Anje
20:15. Paris – Monako
23:45. Olimpik (Marsel) – Tuluza

2 noyabr

23:45. Loryan – Brest

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: