Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Kocaelispor” – “Rizəspor” matçında qapılara qol vurulmayıb. Dörd qolluq “Ərzurumspor” – “Çorum” görüşü qonaqların inamlı qələbəsi ilə başa çatıb. “Fənərbağça” isə doğma meydanda “Göztəpə”yə məğlub olub.
Qeyd edək ki, 10-cu turun qalan görüşləri noyabrın 1-də və 2-də keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
30 oktyabr
Konyaspor – Qalatasaray 0:4
31 oktyabr
Ərzurumspor – Çorum 1:3
Kocaelispor – Rizəspor 0:0
Fənərbağça – Göztəpə 1:2
1 noyabr
14:30. Amedspor – Eyüpspor
17:00. Başakşəhər – Samsunspor
17:00. Trabzonspor – Qaziantep
20:00. Kasımpaşa – Beşiktaş
2 noyabr
21:00. Gənclərbirliyi – Alanyaspor


