UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın növbəti rəqibi olan “Vikinq” Norveç çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 25-ci turu çərçivəsində səfərdə “Bodo Qlimt”in qonağı olub.
5 qolun vurulduğu turun mərkəzi görüşü “Sabah”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb – 2:3.
“Bodo Qlimt” qələbə sayəsində lider “Vikinq”lə xalını bərabərləşdirib – 59 xal. Çempionatın bitməsinə 5 tur qalmış “Sabah”ın rəqibi qolların nisbətinə görə birinci, “Bodo Qlimt” isə ikinci yeri tutur.
Xatırladaq ki, Azərbaycan və Norveç komandaları arasında ÇL-in Liqa mərhələsinin 4-cü turuna təsadüf edəcək matç noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək. 3 turdan sonra “Sabah” 3 xalla 36 komanda arasında 25-ci, Norveç təmsilçisi isə 1 xalla 33-cü pillədə qərarlaşıb.


