Luis Enrike Loran Blanı geridə qoydu

Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike Paris klubunun tarixində ən çox qələbə qazanan məşqçiyə çevrilib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis bu nailiyyətə Liqa 1-in 9-cu turunda “Havr” üzərində qazanılan 5:1 hesablı səfər qələbəsi sayəsində imza atıb.

Bu, Enrikenin Paris klubunun baş məşqçisi kimi 127-ci qələbəsi olub. O, bu göstəricidə əvvəlki rekordçu Loran Blanı geridə qoyub.

Loran Blanın rəhbərliyi altında PSJ 126 dəfə qalib gəlib.

55 yaşlı Luis Enrike 2023-cü ildən Fransa klubunu çalışdırır. Bu müddətdə komanda iki UEFA Çempionlar Liqası və üç Liqa 1 çempionluğu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.

Loran Blan isə 2013-2016-cı illərdə PSJ-yə rəhbərlik edib. Parislilər onun çalışdırdığı üç mövsümdə 11 titul əldə ediblər. Həmin titulların hamısı ölkədaxili yarışlarda qazanılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: