Azuma Abubakar “İmişli” ilə oyunu buraxacaq

“Kəpəz”in yarımmüdafiəçisi Azuma Abubakar Azərbaycan Premyer Liqasının 10-u turunda “İmişli”yə qarşı matçda forma geyinməyəcək.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Klubun yaydığı xəbərdə vurğulanır ki, “Kəpəz” bu matça bir itki ilə çıxacaq. Belə ki, Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək. Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, Abubakar bu ilin yayında “Kəpəz”ə cəlb edilib. Həm Qana, həm də Portuqaliya vətəndaşlığına malik olan 29 yaşlı futbolçu Gəncə təmsilçisinin heyətində indiyə qədər 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Kəpəz” – “İmişli” görüşü sabah Gəncə şəhər stadionunda baş tutacaq. Oyuna saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: