Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında lider PSJ doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, geridə qalmış 8 turdan sonra 17 xala malik PSJ vahid liderdir. “Renn” 16, “Lill” və “Monako” 15, Lion “Olimpik”i ilə “Paris” 14, “Lans” 13 xal toplayıb.
Fransa, Liqa 1
8-ci tur
23 oktyabr
Brest – Nitsa 1:2
24 oktyabr
Lans – Paris 2:1
25 oktyabr
Monako – Lill 1:1
Anje – Loryan 0:0
Oser – Le Man 1:1
Olimpik (Marsel) – Havr 4:3
Renn – Strasburq 3:0
Tuluza – Trua 0:0
26 oktyabr
PSJ – Olimpik (Lion) 2:0


