Azərbaycan milli komandası Bakıda təşkil edilmiş və ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.
Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub etmişdi. Komanda Avstraliya millisinə isə 1:3 hesabıyla məğlub olmuşdu.
Bununla da yığma qrupunu 9 xalla üçüncü pillədə başa vurub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


