“Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkov paytaxt klubunun heyətində Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.
Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.
Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
Davit Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vurmuş 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənmiş Müşfiq Hüseynova məxsusdur.
Xatıırladaq ki, Volkov Azərbaycanda “Qəbələ” və “Sabah”ın da formasını geyinib. Onun Azərbaycan Premyer Liqasındakı debütü 2018/2019-cu illər mövsümündə gerçəkləşib. Gürcü hücumçu “Zirə”də 153 (49 qol, 25 assist), “Sabah”da 71 (19 qol, 7 assist), “Qəbələ”də isə 34 (10 qol, 1 assist) oyun keçirib.


