Maykl Karrik: “Bundan sonra nə olacağını bilmirəm”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Premyer Liqanın 8-ci turunda “Bornmut”a məğlubiyyətdən sonra gələcəyi ilə bağlı açıqlama verib.

Arena.az xəbər verir ki, “Old Trafford”da keçirilən qarşılaşma meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Maykl Karrik komandanın çətin dövr keçirdiyini etiraf edib:

“Vəziyyətin çətin olduğu faktdır. Futbolçular çətin mərhələdən keçirlər. Bundan sonra nə olacağını bilmirəm, amma həmişə bu klubun xeyrinə çalışıram. Gözləməli və nə baş verəcəyini görməliyik”, – deyə ingiltərəli mütəxəssis bildirib.

Bu arada, “Sky Sports”un məlumatına görə, Maykl Karrikin vəzifəsindən ayrılacağı təqdirdə onun mümkün əvəzləyiciləri arasında Yulian Nagelsmann və Eddi Hau əsas namizədlər hesab olunurlar.

Mənbənin bildirdiyinə görə, “Mançester Yunayted”in rəhbərliyi “Bornmut”a 0:3 hesablı məğlubiyyətdən əvvəl də baş məşqçi dəyişikliyi variantlarını nəzərdən keçirib. Son nəticədən sonra isə klub yeni mütəxəssis axtarışını sürətləndirmək niyyətindədir.

Yayda “Nyukasl”dan ayrılan Eddi Haunun təklif alacağı təqdirdə “Mançester Yunayted”lə danışıqlara hazır olduğu bildirilir. Yulian Nagelsmannın mümkün təyinatla bağlı mövqeyi isə açıqlanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: