Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (18-ci qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Sinqapurda təşkil olunub.
Amerika Birləşmiş Ştatları (ABŞ) qran-prisində cari mövsümün lideri Kimi Antonelli qalib olub. “Mersedes”in 20 yaşlı italiyalı sürücüsü 56 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 9-cu zəfərdir.
“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler bu dəfə də ikinci yeri tutub. “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, geridə qalmış 18 mərhələdən sonra Kimi Antonelli (“Mersedes”) 365 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (242) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (241) qərarlaşıb.
Mühəndislər Kubokunda “Mersedes” 607 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 474 xalla ikinci, “Red Bull Rasinq” isə 355 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 19-cu qran-prisi Meksikada keçiriləcək. Bu yarış noyabrın 1-də Mexikoda baş tutacaq.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 365
- Corc Rassell (Mersedes) – 242
- Luis Hamilton (Ferrari) – 241
- Maks Ferstappen (Red Bull) – 236
- Şarl Lekler (Ferrari) – 233
- Lando Norris (Maklaren) – 211
- Oskar Piastri (Maklaren) – 144
- İsak Hacar (Red Bull) – 105
- Liam Louson (Rasinq Bulls) – 77
- Pyer Qasli (Alpin) – 42
- Arvid Linblad (Rasinq Bulls) – 38
- Franko Kolapinto (Alpin) – 27
- Oliver Berman (Haas) – 23
- Niko Hulkenberq (Audi) – 13
- Qabriel Bortoleto (Audi) – 10
- Esteban Okon (Haas) – 7
- Fernando Alonso (Aston Martin) – 7
- Karlos Sayns (Uilyams) – 7
- Aleksander Albon (Uilyams) – 5
- Yuki Tsona (Rasinq Bulls) – 1
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
- Lens Stroll (Aston Martin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 607
- Ferrari – 474
- Red Bull – 355
- Maklaren – 355
- Rasinq Bulls – 102
- Alpin – 69
- Haas – 30
- Audi – 23
- Uilyams – 12
- Aston Martin – 7
- Kadillak – 0


