“Kür” APOEL-i iki qələbə ilə keçdi

Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunda 2026/2027 mövsümündə ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş ikinci qarşılaşma da Mingəçevir kollektivi üçün uğurlu alınıb. Belə ki, təmsilçimiz yekunda 39:13 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasında ötən gün keçirilmiş ilk oyun da Azərbaycan klubunun qələbəsi ilə başa çatmışdı – 40:18.

Mingəçevir komandasının 3-cü təsnifar mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: