Mourinyo “Vilyarreal”la matçdan sonra mətbuat konfransına qatılmadı

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya çempionatının “Vilyarreal”la oyunundan sonra mətbuat konfransına qatılmayıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin köməkçilərindən də heç biri mətbuat konfransında iştirak etməyib.

Madrid təmsilçisinin ev sahibliyi etdiyi qarşılaşma “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 72-ci dəqiqəsində Vinisius Junior rəqib futbolçu Neytan Salibanın saçını dartdığı üçün meydandan qovulub.

Braziliyalı hücumçu əvvəlcə qol vurub. Lakin baş hakim video təkrara baxdıqdan və VAR müdaxiləsindən sonra qolu ləğv edib, Vinisiusa isə birbaşa qırmızı vərəqə göstərib. Böyük ehtimalla Mourinyo da adəti üzrə hakim qərarlarından çox narazı qaldığı üçün etiraz əlaməti olaraq jurnalistlərlə görüşdən imtina edib.

Bu qələbədən sonra “Real” 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid klubu növbəti turda, oktyabrın 18-də “Sevilya”nı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: