Bundesliqa: “Bayern” xal itirdi, “Bayer”lə “Ştutqart” sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Hoffenhaym” doğma meydanda “Hamburq”a, “Maynts” “Bayer”ə, “Paderborn” isə “Ştutqart”a məğlub olub. “Union Berlin” “Elversberq”i tək, “Leypsiq” isə “Ayntraxt”ı 6 cavabsız qolla üstələyib. Dörd qolun qeydə alındığı “Auqsburq” – “Bayern” görüşündə isə qalib müəyyənləşməyib.

5-ci turun qalan görüşləri oktyabrın 11-də baş tutacaq.

Almaniya, Bundesliqa
5-ci tur

9 oktyabr

Borussiya (Dortmund) – Verder 2:2

10 oktyabr

Auqsburq – Bayern 2:2
Hoffenhaym – Hamburq 2:3
Maynts – Bayer 3:4
Paderborn – Ştutqart 0:2
Union Berlin – Elversberq 1:0
Leypsiq – Ayntraxt 6:0

11 oktyabr

17:30. Köln – Borussiya (Mönhenqladbax)
19:30. Frayburq – Şalke

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: