Əvəzedicilər: “Neftçi” 6 qola sevindi, “Qarabağ” üzüldü

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 10-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

“Sumqayıt”ın ikinci komandası “Şəfa”nı, “Qəbələ”nin əvəzediciləri “Qarabağ”ı xalsız yola salıb. 7 qolun qeydə alındığı “Şamaxı-2” – “Neftçi-2” matçında isə qonaqlar darmadağına seviniblər.

10-cu turun qalan görüşləri noyabrın 30-da keçiriləcək.

Əvəzedicilər Liqası
10-cu tur

27 noyabr

“Araz-Naxçıvan-2” – “Zirə-2” 3:3
Qollar: Nihat Mehralıyev, 17; 23; Fərid Tağıyev, 55 – Ramiz Muradov, 19; 29. Rauf Qafarov, 26.
Qolla nəticələnməyən penalti: Nihat Mehralıyev, 84.
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Mirnihad Seyidov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

28 noyabr

“Sumqayıt-2” – “Şəfa-2” 3:1
Qollar: Emil Həsənov, 50; 90+3. Nihad Orucəli, 66 – Ramin Nəsirli, 74-pen.
Qolla nəticələnməyən penalti: Nihad Orucəli, 30.
Hakimlər: Ceyhun Hüseynov, Zakir Şükürzadə, Elmin Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Səbuhi Niftiyev, 33-öz qapısına. Hüseyn Xasməmmədli, 40. Ömər Kərimov, 90+3.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Nəriman Ağayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Şamaxı-2” – “Neftçi-2” 1:6
Qollar: İsmayıl Səməndərli, 85 – Aslan Şirinov, 14; 51. Salumu Sissoko, 38; 60. Tunar Mehdiyev, 58. Altun Xancanlı, 63.
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.

30 noyabr

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “İmişli-2”
Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Samir Qaracayev, Samir Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: