Premyer Liqa: “Çelsi” “Nottingem Forest”ə də uduzdu

Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Nottingem Forest” doğma meydanda “Çelsi” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə meydan sahibləri çətin qələbəyə seviniblər.

Qeyd edək ki, 12-ci turun qalan görüşləri noyabrın 28-də, 29-da və 30-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
12-ci tur

27 noyabr

Nottingem Forest – Çelsi 3:2

28 noyabr

19:00. Lids – Koventri Siti
19:00. Mançester Yunayted – Brentford
21:30. İpsviç Taun – Aston Villa

29 noyabr

16:00. Everton – Liverpul
18:05. Brayton – Nyukasl
18:05. Kristal Pelas – Hall Siti
18:05. Fulhem – Bornmut
18:05. Sanderlend – Tottenhem
20:30. Arsenal – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: