Premyer Liqa: “Neftçi” “Zirə”yə tək qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun mərkəzi oyununda “Neftçi” ilə “Zirə” üz-üzə gəliblər.

“Neftçi Arena”da baş tutmuş paytaxt derbisini Tural Qurbanov idarə edib. Görüşün taleyini bir qol həll edib. “Ağ-qaralar” bu oyundan minimal hesabla qalib ayrılıblar.

Premyer Liqa
13-cü tur

27 noyabr

“Neftçi” – “Zirə” 1:0
Qol: Breno Almeyda, 8.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”, 19:00.

Neftçi: 1. Emil Balayev (k), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 26. Adeleke Akinyemi, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.

Zirə: 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mçaxçex.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili, 23. Dameyn Smit, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: