Camal Musiala üçün 2026-cı il erkən bitdi

Futbol üzrə Almaniya milli komandasının və “Bayern” klubunun cinah hücumçusu Camal Musiala sağ bud nahiyəsindən zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında 23 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağının dəqiq bilinmədiyi bildirilib. Mətbuat isə Musialanın 2027-ci ilin əvvəlindən tez meydana çıxmayacağını yazıb.

Qeyd edək ki, Musiala son vaxtlar nevroloji disfunksiya ilə bağlı da problem yaşayıb. Noyabrın 16-da məşq zamanı belə bir tutma keçirən futbolçu ertəsi gün məhdudiyyətsiz məşqlərə qayıtmışdı. Daha əvvəl isə o, ötən yay “Bayern”in yoldaşlıq oyunlarında “Haydenhaym” (4:2) və “Leypsiq”ə (3:1) qarşı keçirilən görüşlərdə iki dəfə huşunu itirmişdi. Futbolçu sonradan vaxtaşırı belə tutmalardan əziyyət çəkdiyini açıqlamışdı.

Camal Musiala 2020-ci ildən “Bayern”in əsas komandasında çıxış edir. O, Münhen klubunun heyətində 6 dəfə Almaniya çempionu olub, Almaniya kubokunu, UEFA Super Kubokunu və Klublararası dünya çempionatını qazanıb.

Almaniya millisində 46 oyun keçirmiş Musiala 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: