Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Zaqatala” doğma meydanda “Xankəndi” ilə qarşılaşıb və 2 cavabsız qolla uduzub. Yeddi qolun qeydə alındığı “Səbail” – “Şimal” matçı isə meydan sahibləri darmadağına seviniblər.
Birinci Liqa
9-cu tur
26 noyabr
“Baku Sportinq” – “Şahdağ Qusar” 0:1
Qol: Arsene Dauda, 90+1.
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Baku Sportinq Arena”, 14:30.
“Karvan” – “Mingəçevir” 2:1
Qollar: Samir Abdullayev, 30. İbrahim Əliyev, 69 – Samson Oqunmola, 43.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu, 14:30.
“Gəncəbasar” – MOİK 0:0
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Gəncə şəhər stadionu, 19:00.
27 noyabr
“Zaqatala” – “Xankəndi” 0:2
Qollar: Mesoma Solomon, 10. Bəhruz Teymurov, 31.
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Səbail” – “Şimal” 5:2
Qollar: Amil Məmmədov, 16-öz qapısına. Sofian Budra, 33. Yan Said, 51. Sənan Ağalarov, 76. Peter Aqblevor, 85 – Murad Dadaşev, 55. Rüstəm Hümbətov, 67.
Qolla nəticələnməyən penalti: Yan Said, 28.
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Masazır Arena”, 16:00.



