Premyer Liqa: “Şəfa” “İmişli”ni məğlub etdi

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” “Şəfa”nı qəbul edib.

Yevlax şəhər stadionunda təşkil edilmiş oyuna saat 14:30-da start verilib. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub. Dörd qolun qeydə alındığı görüşün yekununda “Şəfa” inamlı qələbəyə sevinib. Bu, paytaxt təmsilçisinin elitada cari mövsümdə qazandığı ikinci qələbədir.

Premyer Liqa
13-cü tur

27 noyabr

“İmişli” – “Şəfa” 1:3
Qollar: Ronaldo de Souza, 41 – Elnur Cəfərov, 14; 29. Mussa Quel, 55.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu, 14:30.

İmişli: 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 33. Əkbər Eyubov, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 10. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 14. Bəxtiyar Həsənalızadə, 70. Mehdi Tahirov, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 6. Yav Mozes, 23. Dioqo Rollo, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Məşqçi: Ervin Perkon.

Şəfa: 97. Tyaqo Silva, 42. Elnur Cəfərov (k), 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 29. Vüsal Qənbərov, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 55. Rauf Hüseynli, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 39. Eltun Babazadə, 10. Dilan Mertens, 8. Vlad Pop, 22. Umar Diav, 34. Kristofer Mamenqi.
Baş məşqçi: Zaur Həşimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: