Super Liqa: “Konayspor” səfərdə, “Rizəspor” evdə sevindi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Alanyaspor” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüşdə qonaqlar qələbə qazanıblar. Beş qolluq “Rizəspor” – “Kasımpaşa” görüşündə isə meydan sahibləri qələbəyə seviniblər.

13-cü turun qalan görüşləri noyabrın 28-də, 29-da və 30-da keçiriləcək.

Türkiyə, Super Liqa
13-cü tur

27 noyabr

Alanyaspor – Konyaspor 1:2
Rizəspor – Kasımpaşa 3:2

28 noyabr

17:00. Samsunspor – Gənclərbirliyi
20:00. Qaziantep – Amedspor

29 noyabr

14:30. Çorum – Kocaelispor
20:00. Fənərbağça – Ərzurumspor

30 noyabr

20:00. Göztəpə – Trabzonspor
22:00. Beşiktaş – Qalatasaray

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: