Brahim Dias “Real”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Mərakeş milli komandasının cinah hücumçusu Brahim Dias İspaniyanın “Real” (Madrid) klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 27 yaşlı futbolçu 30 iyun 2031-ci ilə qədər “Real”ın formasını geyinəcək.

Brahim Dias 2019-cu ildə Madrid klubuna keçib. O, “Real”ın heyətində UEFA Çempionlar Liqasının (2024), İspaniya çempionatının (2020, 2024), UEFA Super Kubokunun (2024), İspaniya Super Kubokunun (2024) və Qitələrarası Kubokun (2024) qalibi olub.

Mərakeşli vinger indiyə qədər İspaniya nəhənginin heyətində 173 rəsmi oyuna çıxıb. Vinger bu görüşlərdə 22 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Dias Mərakeş millisinin heyətində isə 36 matç keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. O, 2025-ci ildə Afrika Millətlər Kubokunda gümüş medal qazanıb və turnirin 5 qolla ən yaxşı bombardiri olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: