İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua komanda yoldaşı, ingilis yarımmüdafiəçi Cud Bellingemin liderlik xüsusiyyətlərindən danışıb.
Arena.az xəbər verir ki, belçikalı qolkiper jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Cud Bellingem? O, anadangəlmə qalibdir, bunu dərhal hiss etmək olur. Meydanda əsl liderdir. Belə futbolçular komandaya lazımdır. Topun onun ayağında olmasını sevir. Cudla birlikdə biz həmişə daha yaxşı oynayırıq”, – deyə təcrübəli qapıçısı bildirib.
“Rea”ın qapıçısı həmçinin komandanın baş məşqçisi Joze Mourinyo ilə də bağlı fikirlərini bölüşüb. Tibo Kurtua portuqaliyalı mütəxəssislə 22 yaşında tanış olduğunu xatırladıb:
“Joze Mourinyo ilə 22 yaşımda tanış olmuşdum. İndi onun daha çox təcrübəsi var. İnsan illər keçdikcə bir qədər dəyişir. O, futbolçularla ünsiyyətdə sakitdir, amma nəyisə birbaşa demək lazımdırsa, bunu edir. O, əla məşqçidir”.


