Madrid “Real”ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo futbolçuların sıx oyun təqvimindən şikayətlənməsinə sərt münasibət bildirib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis müasir futbolda çoxsaylı oyunların əsas səbəbinin maliyyə olduğunu və yüksək maaş alan futbolçuların sıx qrafikə uyğunlaşmalı olduğunu deyib:
“Əgər pul istəyiriksə, çox işləməli və risk etməliyik. Həyat belədir. Hansısa futbolçu çox oynadığımız üçün tətil elan etmək istəsə, ona maaşının 50 faiz azaldılmasını təklif etmək olar. Hər şey maliyyə ilə bağlıdır və biz buna uyğunlaşmalıyıq”, – deyə Mourinyo bildirib.
Mütəxəssis klub və milli komandaların maraqları arasında ziddiyyət olduğunu da vurğulayıb:
“Klub məşqçiləri milli komandaların niyə bu qədər çox oyun keçirdiyini, səfərlərə və yoldaşlıq matçlarına nə ehtiyac olduğunu düşünür. Amma milli komanda məşqçiləri və federasiyalar üçün bu oyunlar çox vacibdir. Nəticədə hər şeyi pul həll edir. Ona görə də oynayırıq və oynayırıq”, – deyə o əlavə edib.


