Davit Volkov “Zirə”də 50-ci qolunu vurdu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin gürcü futbolçusu Davit Volkov qəsəbə klubunun heyətində 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 12-ci turuna təsadüf edib.

Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Davit Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənmiş forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir. 31 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 156 oyunda 25 məhsuldar ötürmə ilə də yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: