Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Sassuolo” doğma meydanda “Cenoa”ya 2 cavabsız qolla uduzub. “Yuventus” evdə “Venetsiya”nı, “Milan” isə “Frozinone”ni darmadağınla üstələyib. “Bolonya” – “Udineze” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 8 qolluq “Atalanta” – “İnter” oyunu da bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, 12-ci tura noyabrın 23-də keçiriləcək “Montsa” – “Fiorentina” matçı ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
12-ci tur
21 noyabr
Komo – Kalyari 2:0
Latsio – Leççe 3:0
Parma – Roma 1:5
Napoli – Torino 1:0
22 noyabr
Yuventus – Venetsiya 4:0
Bolonya – Udineze 1:1
Sassuolo – Cenoa 0:2
Milan – Frozinone 5:1
Atalanta – İnter 4:4
23 noyabr
23:45. Montsa – Fiorentina


