Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Şəki” ev oyununda “Kür-Araz”a, “Ağstafa Gəncləri” “Hypers”ə, “Şirvan” isə “Qaradağ Lökbatan”a məğlub olub.
12-ci turun qalan oyunları noyabrın 23-də keçiriləcək. Turun bir görüşü isə təxirə salınıb.
İkinci Liqa
12-ci tur
22 noyabr
“Şəki” – “Kür-Araz” 1:3
Qollar: Tural Məmmədzadə, 79-pen – Mirabbas Mirbabayev, 20. Tahir Zeynalov, 56. Hüseyn Abdullayev, 68.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, İlqar Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00.
“Ağstafa Gəncləri” – “Hypers” 0:2
Qollar: Ceyhun Rəcəbli, 24. Asim Babazadə, 90+4.
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Hacıağa Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa şəhər stadionu, 14:30.
“Şirvan” – “Qaradağ Lökbatan” 0:1
Qol: Sabir Allahquliyev, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Məmmədov, Hüseyn Vəliyev, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
23 noyabr
“Şəmkir” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Samir Cabbarov, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Difai” – “Marafon”
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Əkbər Əliyev, Rauf Salamov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.


