Elvin Yunuszadə “Fatih Karagümrük”lə matçda ehtiyatda qaldı

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 15-ci turunun oyunları keçirilib.

Yunuszadənin bu ilin yayında transfer olunduğu “Boluspor” səfərdə “Fatih Karagümrükspor”la üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0.

Elvin bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Boluspor” cari mövsümdə keçirdiyi 15 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. Hazırda 5 xalı olan Bolu təmsilçisi 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən üçündə meydana çıxıb. Bütövlükdə isə o, “Boluspor”un heyətində 4 matç keçirib.

Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: