Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşündə “Şəfa” “Qəbələ” ilə üz-üzə gəlib.
Sözügedən matçı Əli Əliyev idarə edib. “Sumqayıt Arena”da təşkil edilmiş matçın yekununda qonaqlar inamlı qələbəyə seviniblər.
Premyer Liqa
12-ci tur
21 noyabr
“Şəfa” – “Qəbələ” 0:2
Qollar: Şahin Şahniyarov, 59. Meşak Uboçioma, 90+2.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena”, 17:00.
Şəfa: 97. Tyaqo Silva, 42. Elnur Cəfərov (k), 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 23. Nahid Əliyev, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 77. Elmar Məmmədov, 10. Dilan Mertens, 8. Vlad Pop, 22. Umar Diav, 34. Kristofer Mamenqi.
Baş məşqçi: Zaur Həşimov.
Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 8. Endri Çekici, 6. Xayme Syerra, 16. İsaak Amoa, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 7. Bruno Silva, 12. Kouya Mabea, 5. Natan Monzanqo.
Baş məşqçi: Yeton Bekiri.


