Azərbaycanın U-21 millisinin hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının bu gün keçirdiyi çempionat matçını buraxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 10-cu turu çərçivəsində “Omoniya” (Aradippu) ilə qarşılaşıb.
“Pafos” səfərdə baş tutmuş bu görüşdən qələbə ilə ayrılıb – 2:1. Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçu sonadək ehtiyatda qalıb.
Məmmədovun komandası 10 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. “Pafos” 10 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 6 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


