Azərbaycanın “Zəngəzur” komandası bu gün futbol üzrə UEFA Regionlar Kubokunun 2026/2027-ci illər mövsümündə mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, 7-ci qrupda çıxış edən Azərbaycan təmsilçisi ilk turda Polşanın “Dolnı Şlensk” komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan komandası üçün uğursuz nəticələnib. Polşa təmsilçisi rəqibini 12:0 hesabı ilə məğlub edib. İlk hissə də “Dolnı Şlensk”in 6:0 hesablı üstünlüyü ilə başa çatıb.
Təmsilçimizin start heyətində Abdulla Dəmir, Adil Əhməcanov, Oruс Məmmədov, Əli Aydın, Feyyaz Taraqçı, Yasin Kaya, Hüseyn Manaflı, Bünyamin Çandır, Anar Heydərli, Emre Benli və Nurlan Dadaşov yer alıblar.
Azərbaycan təmsilçisi qrup mərhələsində növbəti oyununu noyabrın 24-də keçirəcək. “Zəngəzur” bu dəfə Türkiyənin “İstanbul” komandası ilə qarşılaşacaq.
Qrupun son turunda isə komandamız noyabrın 27-də Rumıniyanın “Karpatyans” kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 7-ci qrupun oyunları Türkiyədə keçirilir.


