Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə yoxlama oyunları keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ilin dekabr ayında Səudiyyə Ərəbistanı yığma komandası ilə iki yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq. Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə də məhz bu toplanış çərçivəsində qarşılaşacaq. Oyunlar dekabrın 2-də və 5-də Bayıl stadionunda baş tutacaq. Hər iki matça saat 15:00-da start veriləcək.

Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı belədir:

  1. Aytac Şərifova (Yüksekova Spor, Türkiyə)
  2. Nərgiz Əliyeva (Sabah)
  3. Günay İsmayılova (Neftçi)
  4. Sevinc Cəfərzadə (Yüksekova Spor, Türkiyə)
  5. Nərgiz Hacıyeva (Turan, Qazaxıstan)
  6. Nigar Mirzaliyeva (Hamburq, Almaniya)
  7. Manə Mollayeva (Neftçi)
  8. Kamilla Məmmədova (Şaxtyor, Qazaxıstan)
  9. Alina Dorofeeva (Rubin, Kazan, Rusiya)
  10. Yeliz Acar (Beşiktaş, Türkiyə)
  11. Esra Manya (Beşiktaş, Türkiyə)
  12. Alina Nəhmədova (Safir, Türkiyə)
  13. Aysun Muradova (Şile BilgiDoğa, Türkiyə)
  14. Peritan Bozdag (Fənərbağça, Türkiyə)
  15. Vüsalə Seyfəddinova (Neftçi)
  16. Jalə Məhsimova (Neftçi)
  17. Kristina Bakarandze (Nike Lusso, Gürcüstan)
  18. Milana Rəhimova (Ünyespor, Türkiyə)
  19. Sona Rəhimova (Neftçi)
  20. Şəfəq Nəsirova (Neftçi)
  21. Mədinə Curuqova (Neftçi)
  22. Vüsalə Hacıyeva (Liman)
  23. Diana Məmmədova (Rubin, Kazan, Rusiya)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: