Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün pley-off və pley-out mərhələlərinin püşkü atılıb.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə turnirin 1/4 final və liqalarda yer uğrunda pley-off cütləri müəyyənləşib.
UEFA Millətlər Liqasının 1/4 final oyunları, həmçinin A/B və B/C liqalarında yüksəlmək və yerini qorumaq uğrunda pley-off qarşılaşmaları 2027-ci ilin martında keçiriləcək.
UEFA Millətlər Liqası
1/4 final
İspaniya – Fransa
Norveç – İngiltərə
Niderland – Portuqaliya
Belçika – Almaniya
Yarımfinal
Niderland / Portuqaliya – İspaniya / Fransa
Belçika / Almaniya – Norveç / İngiltərə
Beləliklə, 1/4 final cütlərində qalib gələn komandalar yarımfinalda yuxarıdakı sxem üzrə üz-üzə gələcəklər.
Pley-off oyunları
Kipr – Şimali Makedoniya
Estoniya – Rumıniya
Farer adaları – Gürcüstan
Belarus – İsrail
Bosniya və Herseqovina – Danimarka
Macarıstan – Serbiya
İrlandiya – Xorvatiya
Sloveniya – Uels
Qeyd edək ki, UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün final mərhələsi 9-13 iyun 2027-ci il tarixlərində keçiriləcək.


