Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Tasima FIFA prezidentliyinə namizədliyini rəsmən irəli sürüb.
Arena.az xəbər verir ki, bu barədə “Asahi” məlumat yayıb.
68 yaşlı Tasimanın namizədliyini beş milli futbol federasiya dəstəkləyib. FIFA qaydalarına əsasən, prezidentliyə namizədin seçkidə iştirak edə bilməsi üçün ən azı beş üzv assosiasiyanın dəstəyinə ehtiyacı var.
Tasima 2016-2018-ci illərdə Yaponiya Futbol Assosiasiyasının prezidenti olub. O, 2015-ci ilin aprelindən FIFA Şurasının üzvüdür.
FIFA prezidentliyi uğrunda mübarizəyə Fransa Futbol Federasiyasının rəhbəri Filip Diallo da qoşulub. Onun namizədliyi noyabrın 16-da açıqlanıb.
Hazırda FIFA-ya isveçrəli Canni İnfantino rəhbərlik edir. 56 yaşlı funksioner 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə təşkilatın prezidenti seçilib. Daha sonra iki dəfə alternativ namizəd olmadan yenidən bu vəzifəyə seçilib.
FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Qeyd edək ki, yeni prezidentin seçilməsi ilə bağlı kampaniya artıq formalaşmağa başlayıb. Tasima və Diallodan başqa, seçkilərə digər namizədlərin də qoşulması gözlənilir.



