Futbol üzrə UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün pley-off mərhələsində mübarizə aparacaq bütün komandalar müəyyənləşib.
Arena.az xəbər verir ki, Norveç millisi pley-offa yüksələn sonuncu komanda olub.
Beləliklə, turnirin əsas mükafatı uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.
1/4 final mərhələsinin cütləri 20 noyabrda keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək. 1/4 final oyunları mart ayında keçiriləcək.
Yarımfinal, üçüncü yer uğrunda görüş və final isə iyun ayında baş tutacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqası 2018/2019-cu illər mövsümündən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki pilləni tutan komandalar vəsiqə qazanır.
UEFA Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Komanda əvvəlki turnirin finalında İspaniyanı məğlub edərək ikinci dəfə kuboka sahib çıxıb.


