İkinci Liqa: “Dinamo” “Şəmkir”i xalsız yola saldı

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Dinamo” “Şəmkir”i qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qalib gəliblər.

İkinci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai” 3:0
Qollar: Elgün Namazov, 18. Elçin Qasımov, 20; 28.
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

“Marafon” – “Şəki” 5:0
Qollar: Uğur Səfərov, 23; 80. Elmar Rəhimov, 37. Elşad Manafov, 55. Mirmövsüm Caniyev, 88.
Hakimlər: Ləman Əmirli, Ruslan Babayev, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Marafon Arena”, 14:30.

16 noyabr

“Zəngəzur” – “Hypers” 2:2
Qollar: Nurlan Novruzov, 28. Ruslan Voronsov, 47 – Asim Babazadə, 66. Nazim
Həsənzadə, 82.
Qolla nəticələnməyən penalti: Asim Babazadə, 25.
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Şirvan” 0:5
Qollar: Çingiz Məmmədov, 10. Elgün Xəlilov, 29. Elcan Məmmədov, 57. Ramiz Məmmədov, 62. Amil Yunanov, 87-pen.
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Qaradağ Lökbatan” 1:7
Qollar: Bayram Əliyev, 78 – Əli Əlizadə, 2; 40-pen; 62. Sabir Allahquliyev, 22. İbrahim Novruzov, 47. Ramil Orucov, 49. Əjdər Hacılı, 82.
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

17 noyabr

“Dinamo” – “Şəmkir” 2:1
Qollar: Zöhrab Bayramov, 4. Yadigar Qarayev, 90+2 – Elşən Abdullayev, 48.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: