Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Murov” və “Turan” komandaları üz-üzə gəliblər.
Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda hər üç setdə üstün olub. Beləliklə, Tovuz təmsilçisi aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, “Turan” növbəti oyununu noyabrın 18-də keçirəcək. Komanda həmin gün 3-cü turun təxirə salınmış görüşündə “Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində başlayacaq.
Super Liqa, qadınlar
4-cü tur
16 noyabr
“Murov” – “Turan” 0:3 (15:25, 13:25, 33:35)
Turnir cədvəli:
- “Naxçıvan” – 5 xal
- “Milli Aviasiya Akademiyası” – 3
- “Murov” – 3
- “Azərreyl” – 3
- “DH Volley” – 3
- “Turan” – 3
- “Gəncə” – 1
- UNEC – 0
- “Azərmaş Abşeron” – 0


