U-20 millimiz İraqla iki yoxlama oyunu keçirəcək

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) İraq yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, hər iki oyun Azərbaycan milli komandasının hazırlığının ikinci mərhələsində baş tutacaq. İlk görüş noyabrın 17-də Sumqayıtda yerləşən “Sumqayıt Arena”da təşkil ediləcək. Bu oyuna saat 19:00-da start veriləcək.

Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşmanın start fiti isə saat 16:00-da səslənəcək.

İlk oyun “CBC Sport” telekanalında, ikinci görüş isə “CBC Sport”un YouTube kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: