UEFA Millətlər Liqası: Portuqaliya Danimarkaya böyük hesabla uduzdu

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, A və B Liqalarında 8 qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Norveç millisi Uels seçməsini qəbul edib və inamlı qələbəyə sevinib. Portuqaliya yığması isə Danimarka millisini qonaq edib. Beş qolluq bu görüşdə Danimarka yığması darmadağına imza atmaqla portuqalların uğurlu seriyasına son qoyub.

Qeyd edək ki, UEFA Millətlər Liqasında növbəti oyunlar qarşıdakı günlərdə keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur

14 noyabr

A Liqası, 4-cü qrup

Norveç – Uels 3:1
Portuqaliya – Danimarka 1:4

Xallar: Portuqaliya – 12. Danimarka – 9. Norveç – 6. Uels – 3.

B Liqası, 2-ci qrup

Gürcüstan – Macarıstan 0:2
Şimali İrlandiya – Ukrayna 1:0

Xallar: Şimali İrlandiya – 11. Macarıstan – 10. Ukrayna – 4. Gürcüstan – 2.

B Liqası, 3-cü qrup

Kosovo – İsrail 0:0
Avstriya – İrlandiya 1:0

Xallar: Avstriya – 11. Kosovo – 6. İrlandiya – 5. İsrail – 3.

B Liqası, 4-cü qrup

Rumıniya – Polşa 2:1
İsveç – Bosniya və Herseqovina 3:2

Xallar: İsveç – 13. Bosniya və Herseqovina – 8. Polşa – 4. Rumıniya – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: