Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D Liqalarında 10 qarşılaşma baş tutub.
A Liqasının 2-ci qrupunda Niderland millisi Yunanıstan seçməsini qəbul edib və rəqib qapısından 7 cavabsız qol keçirib. Almaniya yığması isə Serbiya millisinin qonağı olub və səfərdən inamlı qələbə ilə qayıdıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasında 5-ci turun qalan görüşləri sabah keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
13 noyabr
A Liqası, 2-ci qrup
Niderland – Yunanıstan 7:0
Serbiya – Almaniya 1:3
Xallar: Niderland – 11. Almaniya – 8. Yunanıstan – 8. Serbiya – 0.
B Liqası, 1-ci qrup
Şotlandiya – Şimali Makedoniya 2:1
Sloveniya – İsveçrə 0:0
Xallar: İsveçrə – 13. Sloveniya – 8. Şotlandiya – 7. Şimali Makedoniya – 0.
C Liqası, 3-cü qrup
Moldova – Qazaxıstan 2:1
Slovakiya – Farer adaları 2:2
Xallar: Slovakiya – 11. Moldova – 7. Farer adaları – 5. Qazaxıstan – 2
C Liqası, 4-cü qrup
Bolqarıstan – İslandiya 0:5
Lüksemburq – Estoniya 0:1
Xallar: İslandiya – 11. Estoniya – 9. Bolqarıstan – 4. Lüksemburq – 3.
D Liqası, 1-ci qrup
Andorra – Cəbəllütariq 2:0
Xallar: Malta – 7. Andorra – 4. Cəbəllütariq – 2.
D Liqası, 2-ci qrup
Lixtenşteyn – Azərbaycan 0:1
Xallar: Azərbaycan – 8. Litva – 4. Lixtenşteyn – 1.


