Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin matçları iki günü əhatə edəcək. “Sabah” – “İmişli” matçı dekabrın 1-də, “Neftçi” – “Şəfa” və “Sumqayıt” – “Qarabağ” qarşılaşmaları dekabrın 2-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

1 dekabr

14:00. “Karvan” – “Zirə”
Yevlax şəhər stadionu

16:00. “Sabah” – “İmişli”
“Sabah Arena”.

19:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu.

2 dekabr

14:00. “Araz-Naxçıvan” – “Marafon”
Şamaxı şəhər stadionu.

16:00. “Qəbələ” – “Şahdağ Qusar”
Qəbələ şəhər stadionu.

16:00. “Neftçi” – “Şəfa”
“Neftçi Arena”.

19:00. “Gəncəbasar” – “Şamaxı”
Gəncə şəhər stadionu.

19:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: