Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı sonuncu – dördüncü sınağında Lixtenşteyn yığmasının qonağı olacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz bu turnirdə bundan əvvəl üç qarşılaşma keçirib. Komandamız səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, Bakıda həmin rəqib üzərində 1:0 hesablı qələbə qazanıb. Komandamız Lixtenşteynlə ilk görüşdə isə qolsuz heç-heçə edib.
Bu nəticələrdən sonra Azərbaycan5 xalla 2-ci qrupda liderdir. Litvanın 4, Lixtenşteynin isə 1 xalı var. Azərbaycan millisi son turda məğlub olmadığı halda qrupdakı mövqeyini qoruyacaq.
Qeyd edək ki, Azərbaycan yığması üçün bu qarşılaşma qrup mərhələsinin yekun oyunu olacaq. Komandamız həm liderliyini qorumaq, həm də UEFA Millətlər Liqasındakı çıxışını qələbə ilə başa vurmaq üçün meydana çıxacaq.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.
| Komanda | O | Q | H | M | Toplar | Xal |
|---|---|---|---|---|---|---|
| Azərbaycan | 3 | 1 | 2 | 0 | 2-1 | 5 |
| Litva | 3 | 1 | 1 | 1 | 3-2 | 4 |
| Lixtenşteyn | 2 | 0 | 1 | 1 | 0-2 | 1 |


