“Ordu” Norveçdə “Ferde”ni məğlub etdi

Azərbaycanın kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün Çağırış Kubokunun 2026/2027-ci illər mövsümündə mübarizəyə start verib.

Arena.az xəbər verir ki, komandamız turnirin 1/32 final mərhələsinin ilk oyununda Norveçin “Ferde” klubunun qonağı olub.

Azərbaycan təmsilçisi səfərdə rəqibinə heç bir set verməyib – 3:0. Komandamız ilk seti 25:11, ikinci seti 25:17, üçüncü seti isə 25:19 hesabı ilə qazanıb.

Çağırış Kuboku
1/32 final mərhələsinin ilk oyunu

11 noyabr

“Ferde” (Norveç) – “Ordu” (Azərbaycan) 0:3
Setlər: 11:25, 17:25, 19:25

Komandalar arasında cavab görüşü noyabrın 19-da Azərbaycanda keçiriləcək. “Ordu” səfərdə qazandığı inamlı qələbədən sonra növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: