U-20 millimizdə Kərimovu Yarəhmədov əvəzlədi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) heyətində dəyişiklik baş verib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Vurğulanır ki, MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə “Sabah”ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb olunub.

Qeyd edək ki, U-20 millimiz noyabrın 15-nə qədər Qəbələdə hazırlıq keçəcək. Yığmamız ayın 16-dan 21-nə qədər də Bakıda təlim-məşq toplanışında olacaq. Millimizin bu müddətdə yoxlama oyunları da keçirməsi nəzərdə tutulub. Amma rəqiblər hələ məlum deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: