Lixtenşteyn – Azərbaycan matçının hakimləri açıqlandı

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Lixtenşteyn – Azərbaycan matçının hakimlər briqadası müəyyənləşib.

Arena.az xəbər verir ki, noyabrın 13-də Vadutsdakı “Rheinpark” stadionunda oynanılacaq qarşılaşmanı estoniyalı Kristo Tohver idarə edəcək.

Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Joonas Jaanovits dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Marko Liiva, AVAR isə Yuri Frişer olacaq.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan matçı Lixtenşteynin paytaxtı Vadutsda yerləşən 7584 tamaşaçı tutumlu “Rheinpark” stadionunda keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda mübarizə aparır. Komandamız hazırda 5 xalla birinci sırada qərarlaşıb. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: