Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın futbolçusu İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, əməliyyat Ankarada türkiyəli tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib. Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, İssuf Paro Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib. O, 2024-cü ildən formasını geyindiyi Naxçıvan klubunun heyətində 64 oyun keçirib. Burkina Fasodan olan 32 yaşlı mərkəz müdafiəçisi bu oyunlarda 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


